Qırmızı.az
Sənədsiz ev sahiblərinə müjdə: “Kupça”ların verilməsində YENİLİK
Prezident İlham Əliyev "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə görə, əmlakın qeydiyyatı və digər əməliyyatların müddəti azaldılıb.
Fins.az xəbər verir ki, qanunun 9.2-ci maddəsinə görə, daşınmaz əmlakın qeydiyyatı və çıxarışın verilməsi üçün maksimum müddət 20 gündən 10 iş gününə endirilib. Bununla yanaşı, qeyd edilib ki, qeydiyyat prosesi üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar bu müddət 5 iş gününədək uzadıla bilər.
Qanunun 14.2-ci maddəsinə nəzərdə tutulan dəyişikliklərə görə isə qeydiyyat prosesi zamanı qeydiyyat orqanının, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sorğularına daha tez cavab vermək lazım gələcək. Belə ki, hazırda qanuna əsasən şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına göndərilən sorğulara 10 gün müddətində cavab verilməlidir. Dəyişikliklərdən sonra isə bu müddət 7 günə endirilib.
Nəhayət, qanunun 20.3-cü maddəsinə nəzərdə tutulan dəyişikliyə görə, ipotekanın qeydiyyatı üçün maksimum müddət 5 iş günündən 3 iş gününə endirilib.
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək