Qırmızı.az
Nəqliyyat Nazirliyinin səlahiyyətləri məhdudlaşdırıldı - VİDEO
Ölkə ərazisində nəqliyyat şirkətlərinin sərnişin daşımalarına cəlb olunması qaydası dəyişib. ANS TV-nin məlumatına görə, bundan sonra Bakı Sumqayıt və Gəncə şəhərlərində müsabiqənin təşkilatçısı qismində şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə müntəzəm sərnişin daşımalarının dövlət sifarişçisi Nəqliyyat Nazirliyi deyil, müafiq icra hakimiyyəti yanında avtomobil nəqliyatı ilə sərnişindaşıma idarəsi iştirak edəcək.
Daha dəqiq desək, sərnişin daşıma üzrə nəqliyyatın bölüşdürməsi səlahiyyəti Nəqliyat Nazirliyindən alınır. Mütəxəsislərin fikirincə, yeni qaydanın tədbiqinə keçilməmişdən qabaq bir sıra dəyişikliklərin edilməsi daha məqsədə uyğun olar.
Nəqliyyat üzrə mütəxəsis Ərşad Hüseynov məsələyə münasibət bildirərək söyləyib ki, əsas olan bütün istiqamətlərdə yol hərəkətinin təhlükəsizliyi, nəqliyyat parkının və sürcü kontingentinin yüksək səviyyədə təşkil edilməsidir.
“Mərkəzləşdirilmiş tabeçilik yoxdur. Nazirlər Kabinetinin yanında nəqliyyat agentliyi təşkil edilib. Bakı şəhərinin inzibati ərazisində bütün rayonların - 12 rayonun hamsında marşurut xətləri, sxemləri daha sonra həmin marşurutların bölüşdürülməsi, onlara nəzarət və s hamsı agentlik tərəfindən həyata keçiriləcək”,- deyə mütəxəsis bildirib.
Bundan əvvəl sərnişin daşıma üzrə nəqliyyatın bölüşdürməsi Nəqliyyat Naziriliyinin öhdəliyində idi. Yeni qaydanın tədbiqindən sonra Nazirlik Bakı Sumqayt və Gəncə şəhəri istisna olmaqla digər regionlar üzrə nəqliyyatın bölüşdürməsinə nəzarət edəcək.
Yeni qaydanın tədbiqində məqsəd isə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarında əhalinin tələbatının ödənilməsi, sərnişinlərə keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi, azad sahibkarlıq və sağlam rəqabət mühitinin formalaşdırılması, nəqliyyat xidmətləri bazarının inkişaf etdirilməsi və bu sahədə dövlət tənzimlənməsinin təkminləşdirilməsidir.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK