Azadlıq prospektinin təmirinə başlanıldı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Azadlıq prospektinin təmirinə başlanıldı - FOTOLAR

Bakıda Azadlıq prospektinin təmiri işlərinə başlanılıb.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, ilkin mərhələdə Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən, Biləcəri-Baksol avtomobil yolunun kəsişməsinədək olan 3,2 km-lik hissəsi təmir olunacaq. İkinci mərhələdə isə prospektin Biləcəri-Baksol avtomobil yolu ilə kəsişməsindən Binəqədi qəsəbəsinədək olan 2,6 km-lik hissəsinin təmiri planlaşdırılır.

Təmir işlərinin ümumi avtonəqliyyat vasitələrinin axınına az təsir etməsi üçün hissə-hissə və yalnız bir istiqamət üzrə müəyyən ərazidə hərəkətin məhdudlaşdırılması tətbiq olunur: "Bu müddət ərzində sürücülərdən mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçmələri xahiş olunur".

Təmir işləri çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınır. Bunun əvəzinə prospektə ikiqat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçiriləcək. Ümumilikdə 50 min kv. metr ərazinin asfaltlanması planlaşdırılır.

Bundan başqa, təmir işləri zamanı səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi və yağış barmaqlıqları yenilənəcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları və yol boyu köhnə səki daşları yeniləri ilə əvəzlənəcək, mövcud piyada səkiləri bərpa olunacaq.

Prospektin təmir işləri aparılan hissəsində yerləşən köhnə avtobus dayanacaqlarının ərazisi genişləndirilərək xüsusi “cib”li dayanacaqların yaradılması nəzərdə tutulub. “Cib”li dayanacaqların uzunluğun 20 metr, eni isə 3,5 metr olacaq.

İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm