• USD 1,7008 0,00% EUR 1,9963 0,00%
    • GBP 2,1926 0,00% RUB 0,0287 0,00%

“Zal Yusifovun mülklərinə atası yiyələnə bilməz” – Hüquqşünas rəyi

“Zal Yusifovun mülklərinə atası yiyələnə bilməz” – Hüquqşünas rəyi

Son illər bank sektorunda dələduzluq faktları ilə bağlı çoxsaylı cinayət işləri başlayıb. Cinayət törədən şəxslər məhkəmənin hökmü ilə məhkum olunsalar da, vətəndaşlara dəymiş ziyanın ödənilməsi problemi qalır. Belə hallarda əmanətləri banklarda batan vətəndaşlar məhkəmələrin süründürməçiliyi ilə üzləşirlər.

Teleqraf.com xəbər verir ki, “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov 2008-ci ildə həbs edilsə də, bu cinayət işi üzrə zərərçəkmiş 81 nəfərin hüquqları bu günə kimi bərpa olunmayıb. Məhkumun atası Zakir Yusifovun mülklərin oğluna yox, özünə məxsus olması iddiası ilə çıxış etməsi dəymiş ziyanın zərərçəkmişlərə ödənməsinə mane olur.

Bu ilin fevralın 12-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə bir daha sübut olundu ki, mülklər məhkum Zal Yusifova məxsusdur. Rəsmi sənədlərin olmasına baxmayaraq dələduz bankirin atası Zakir Yusifov yenə də kasasiya şikayəti verib. Onun kasasiya şikayəti verməkdə məqsədi müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlakların hərraca çıxarılmasına maneə yaratmaqdır.

Kasasiya şikayəti Ali Məhkəmədə hakim İlqar Hüseynovun icraatına verilib. Yaxın günlərdə iş üzrə yenidən məhkəmə prosesi başlayacaq.

Məsələyə münasibət bildirən hüquq müdafiəçisi Vidadi İsgəndərli bildirib ki, banklarda dələduzluq faktları vətəndaşların ciddi ziyanla üzləşməsinə səbəb olur: “Misal olaraq “Texnikabank”ın adını çəkmək olar. Əslində bu bankda qanun rol oynamayıb. Vətəndaş banka pul qoyanda müqavilə bağlanır. Dürüst sənədləşmə aparılır. Ancaq “Texnikabank” bu cür hərəkət etməyib. Sual ortaya çıxır ki, niyə “Texnikabank”da dələduzluq ediblər? Bankın hesabı olur, hesabda Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hesabda milyonlarla pul olur... ”

Hüquq müdafiəçisi qeyd edib ki, bank sektorunda vətəndaşların külli miqdarda pulunun mənimsənilməsi mümkün deyil. Onun fikrincə, vətəndaşın pulunu bankda oturan işbazlar mənimsəyir: “Bank sektorunda da, tikinti sektorunda da mükəmməl qanunvericiliyin olmaması dələduzluq cinayətlərinin baş verməsi ilə nəticələnir. “Texnikabank”da əmanəti batan 81 nəfər vətəndaş mütəşəkkil qaydada birləşib bu istiqamətdə iş görməlidirlər. Bunu araşdırmaq lazımdır ki, 40 milyon manata yaxın pulu bankın müdiri necə yeyib. Bütün faktları incəliyinə qədər araşdırmağa ehtiyac yaranır”.

Vidadi İsgəndərli bildirib ki, bankda saxta arayışın vətəndaşa verilməsi mümkün deyil. Onun sözlərinə görə, əmanətini banka depozit qoyan şəxsə bank rəsmi qaydada sənəd verir: “Burada bankın rəhbərliyi yalan danışır. Çünki banka pul qoyulması ilə bağlı bir qayda var. Buna da bank sektorunda apelyasiya deyilir, yəni pulun qoyulması ilə bağlı əməliyyatlar keçirilir. Vətəndaşın banka qoyduğu əmanət elə-belə deyil ki, bankda ona saxta sənəd təqdim eləsin. Bankın idarə heyəti var və banka pulların yatırılması ilə bağlı idarə heyətinə günlük, həftəlik, aylıq hesabatlar verilir”.

Azərbaycanda dələduzluq cinayəti törədən şəxslərə 12 ildən artıq cəza təyin edilmədiyini deyən hüquq müdafiəçisi bildirib ki, istər bank, istərsə də tikinti sektorunda dələduzluq edən şəxslər vurduğu ziyanı qaytarmaqda maraqlı olmurlar: “40 milyonu mənimsəyən hansı dələduz pulu ödəyər, gedib 12 il cəzasını çəkəndən sonra azadlığa çıxacaq. Bu, bir sistemdir, bir tələdir, özü də vətəndaşlara qarşı qurulub. Bankda vətəndaşın 40 milyon manatını özbaşına yemək mümkün deyil.

“Texnikabank”da vətəndaşlara ziyan vuran Zal Yusifovun əmlakı məhkəmə qərarı ilə müsadirə olunmalıdır. Çünki məhkəmə ona cəza kəsib, cəzasının müddətini çəkəndən sonra azadlığa çıxacaq və onu həmin cəzadan əlavə cəza gözləmir. Zal Yusifovun işi üzrə istintaq zamanı vətəndaşlara dəymiş ziyan vaxtında ictimailəşdirilsəydi, bu gün belə problemlər yaranmazdı.

Hər bir vətəndaşın mülkiyyətə sahib olması üçün qayda var. Vətəndaşa məxsus mülkiyyətə ailə üzvləri sahib ola bilər, amma atanın sahiblənməsinə qanun yol vermir. İstintaq zamanı Zal Yusifov şadlıq evini, mülklərini girov kimi vətəndaşlara dəymiş ziyanın ödənilməsi üçün veribsə, bunu da kələk kimi qiymətləndirmək olar. Məhkəmə hökmündən dərhal sonra həmin mülklərin satılması ilə bağlı qərar dərhal icra olunmalı idi. Həmin mülklər satışa çıxarılmalı və vətəndaşlara dəymiş ziyan ödənilməsi təmin edilməli idi. Görünür, burada bir saxtakarlıq edilib”.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>