Azərbaycanda vertolyotların hərracı keçiriləcək - QİYMƏTLƏR
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda vertolyotların hərracı keçiriləcək - QİYMƏTLƏR

Azərbaycanda dövlət vertalyotları hərraca çıxarılıb.

ANS-in məlumatına görə, hərrac 24 may tarixində baş tutacaq. Hərraca çıxarılan vertolyotları ala bilmək üçün azı 10% həcmində beh verilməlidir.

Hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçirilir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.

4 may 2016-cı il tarixdə hərraca çıxarılan vertolyotların siyahısı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm