Evlənmək istəyən 453 nəfərdə xəstəlik aşkarlandı
Bizi izləyin

Qırmızı.az

Evlənmək istəyən 453 nəfərdə xəstəlik aşkarlandı

Aprel ayı üzrə 12500 nəfər nikahdan əvvəl müayinədən keçib. Onlardan 400-də talassemiya daşıyıcılığı, 52 nəfərdə siflis, 1 nəfərdə İİV aşkar edilib.

Bunu Publika.az-a açıqlamasında B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, bu vaxta qədər daşıyıcı cütlüklər arasında hamiləlik müəyyən edilənlərin müayinə nəticələri də bəllidir: “Bu vaxta qədər talassemiya daşıyıcılığı aşkarlanan 6 cütlükdə hamiləlik qeydə alındığından onlarda dölün müayinəsi aparılımışdı. Onlardan birində uşaqda xəstəlik aşkarlandığına görə, ötən ay hamiləlik başa çatdırılmışdı. Bu ay digər 5 nəfərin də müayinə nəticələri bəlli olub. Onlardan 2-də daşıyıcılıq aşkarlanıb, 3-ü isə tam sağlamdır. Daşıyıcılıq aşkarlanan uşaqların da valideynlərinə məlumat verilib ki, bu uşaqlar sağlamdır, sadəcə valideynləri kimi talassemiya daşıyıcılarıdır. Bu uşaqların hamısı sağlam dünyaya gələ biləcək”.

Baş direktor onu da bildirib ki, ümumilikdə prorqam başlayandan bu vaxta qədər 130 min nəfər müayinə edilib. 6921 nəfərdə talassemiya daşıyıcılığı, 415 nəfərdə siflis, 75 nəfərdə İİV aşkarlanmışdı. Bu vaxta qədər müayinədən keçən 54 cütlükdə talassemiya daşıyıcılığı aşkarlanıb.

Qeyd edək ki, ötən il iyun ayından respublika ərazisində nikaha daxil olanlar talassemiya, siflis və İİV üzrə icbari müayinədən keçir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm