Qırmızı.az
Azərbaycanda Sığınacaqlar Birliyi yaradılır
Azərbaycanda sığınacaqlar şəbəkəsi yaradılıb. Sığınacaqlar arasında qarşılıqlı əməkdaşlıq əsasında ümumi məlumat bazası yaradılacaq.
Bu barədə Publika.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.
Onun sözlərinə görə, yaradılan birliyə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, Azərbaycan Uşaqları İctimai Birliyi, “Təmas” Regional İnkişaf İctimai birliyi, Azərbaycan Miqrasiya Mərkəzi İctiami Birliyi, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi daxildir.
“Azərbaycanda fəaliyyət göstərən QHT nəzdinə olan sığınacaqlar
çətin həyat şəraitində olan, məişət zorakılığı, insan alveri və
zorakılığın digər formaları ilə üzləşmiş şəxslərin müəyyən edilməsi
və onların sığınacaqla təmin edilməsi, çətin həyat şəraitində olan
şəxslərin ehtiyaclarının qiymətləndirilməsi, çətin həyat şəraitində
olan şəxslərin reabilitasiyasının (hüquqi, psixoloji, tibbi) həyata
keçirməsi məqsədilə bir araya gələrək şəbəkə yaradıblar. Yeni
yaradılan şəbəkə həm də çətin həyat şəraitində olan şəxslərin
reinteqrasiyası (peşə bacarıqlarının artırılması, iş yerlərinin
tapılması), xidmətlərin manitorinqi, effektiv nəticənin təqdimatı,
o cümlədən çətin həyat şəraitində olan şəxslərin effektiv
reabilitasiyasını həyata keçirmək, ölkə üzrə reabilitasiya
proqramlarının modelini formalaşdırmaq, reabilitasiya
proeseslərində çəkilən xərclərin minimumalaşdırmaq məqsədi
daşıyır”.
M.Zeynalova bildirib ki, mayın 1-də iki il müddətinə birgə Əməkdaşlıq Memorandumuna imza atılıb.
“Memoranduma əsasən, tərəflər informasiya mübadiləsi, resurslar və kadr mübadiləsi, qurbanların maraqlarının daha effektiv müdafiəsini təmin etmək məqsədi ilə öz aralarında razılıq əldə edib və gələcək fəaliyyət proqramlarını tərtib ediblər”.
Qeyd edək ki, “Təmiz Dünya” Qadınlara Yardım ictimai Birliyinə il ərzində 300-dən çox qadın müraciət edir. Azərbaycan Uşaqlar Birliyi İctimai Birliyinə isə həm polis, həm də valideynlər tərəfindən baxımsız uşaqlar gətirilir. Sığınacaqların vahid məlumat bazası yaradılandan sonra problemli insanlara hərtərəfli kömək mümkün olacaq.
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...