Bu yollarda sıxlıqdır
Bizi izləyin

Qırmızı.az

Bu yollarda sıxlıqdır

Bu gün səhər saatlarından paytaxtın bir sıra küçə və prospektlərində sıxlıq müşahidə edilir.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, hazırda Cəfər Cabbarlı, Ramiz Quliyev, Badamdar və Mikayıl Müşfiq küçələrində sıxlıq müşahidə edilir.

Həmçinin Ziya Bunyadov,Huseyn Cavid və Tbilisi prospektlərində də sıxlıqdır.

Aparılan təmir işləri ilə əlaqədar olaraq Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsində yerləşən avtomobil tunelinin girişindən Cəfər Xəndan Küçəsinin kəsişməsinədək olan hissəsində bir istiqamət üzrə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Neftçilər prospekti və Azadlıq Prospektindən Puşkin küçəsinədək olan hissədə yolun 2 zolağı məhdudlaşdırılıb.

Aparılan təmir tikinti işləri ilə əlaqədar olaraq Neftçilər prospekti, Azadlıq meydanının qarşısı (yolun 3 zolağı) bağlanıb. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə edilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm