Azərbaycanda “Halal” standartlarına uyğun sertifikat almaq üçün 9 şirkətdən müraciət edilib
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda “Halal” standartlarına uyğun sertifikat almaq üçün 9 şirkətdən müraciət edilib

“Azərbaycanda “Halal” standartlarına uyğun sertifikat almaq üçün 9 şirkətdən müraciət edilib”.

Publika.Az-ın verdiyi məlumata görə, bu sözləri Azərbaycanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib. O bildirib ki, komitə artıq “halal” standartı ilə məşğul olur, ekspertlərimiz bu məsələni dünya standartlarına uyğun həll edir.

“Artıq 2 aydır ki, bu istiqamətdə ekspertlərimiz tərəfindən araşdırmalar aparılır. Hətta bizə müraciət edən müəssələrin xammal idxal etdikləri ölkələrin yerindəcə baxış keçirilir. Hazırda ölkədə istehsal olunan kolbasa və sosiskaların daxilinə toplandığı komponentlər, inqiridentlər əsasən xaricdən gətirilir. Və bizim mütəxəssislərimiz xarici ölkələrdə olub həmin inqiridentlərin tərkibi ilə maraqlanıb. Yaxın günlərdə aparılan araşdırmalarla bağlı nəticələr açıqlanacaq”.

Ramiz Həsənov onu da bildirib ki, bu çox mürəkkəb prosedurdur və hesab edir ki, kolbasa və sosiska istehsal edən şirkətlərimiz bu sertifikatı ala biləcək:

“Bu vaxta qədər müraciət edən 9 şirkətlə bağlı araşdırmalar yekunlaşıb. Yaxın vaxtlarda bu şirkətlərin adları da ictimaiyyətə açıqlanacaq”.

Ramiz Həsənov həmçinin komitənin “halal” standartı ilə bağlı nə üçün hər hansı bir addım atmamasını da bildirib. O deyib ki, bu vaxta qədər bütün məhsulların üzərində “halal” standartı yazıldığına görə, hər hansı bir tədbir görməyib:

“Biz həmin müəssələrə müraciət etdikdə, bunu əmtəə nişanı kimi istifadə etdiklərini və standart kimi qeyd etmədiklərini deyirdilər. Lakin axırda müəyyən olundu ki, bu hal kütləvidir. Ona görə də biz şirkətlər qarşısında belə bir şərt qoyduq ki, bazara yalnız standartlara uyğun “halal” adı ilə sertifikat alanlar məhsul idxal edə biləcəklər”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm