Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başladı
Bizi izləyin

Qırmızı.az

Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başladı

Bu gündən tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyat başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, elektron qeydiyyat mayın mayın 4-dən 18-dək aparılacaq.

Qeyd edək ki, 2016/2017-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul zamanı əvvəlki illərdən fərqli olaraq seçmə turlar keçirilmir. Bunun əvəzində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə abituriyentlərin elektron qeydiyyatı aparılır. Abituriyentlər öz ixtisas qruplarına uyğun olaraq ümumi qaydada elektron ərizə doldurub onun təsdiqini təmin etdikdən sonra TQDK‑nın saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün yerləşdirilmiş link vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş abituriyentlər qəbul (cari ilin məzunları buraxılış) imtahanında iştirak etməlidirlər. İmtahanda topladığı balları TQDK tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun gələn abituriyentlər qabiliyyət imtahanlarına buraxılırlar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm