Statistika Komitəsinə yeni TƏYİNAT
Bizi izləyin

Qırmızı.az

Statistika Komitəsinə yeni TƏYİNAT

Dövlət Statistika Komitəsinə (DSK) yeni aparat rəhbəri təyin edilib.

Bu vəzifə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkının direktor müavini Cabbar Musayevə həvalə olunub. O, aprelin 13-dən vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, bu təyinata qədər DSK-nın aparat rəhbəri Vahab Məmmədov olub.

V.Məmmədov prezident İlham Əliyevin fevralın 17-də imzaladığı sərəncamı ilə Dövlət Statistika Komitəsi sədrinin birinci müavini təyin edilib. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm