NİİM Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verildi - QƏRAR
Bizi izləyin

Qırmızı.az

NİİM Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verildi - QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib.

Publika.az xəbər verir ki, sənədə əsasən, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”ndan çıxarılıb.

“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC “Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na daxil edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm