Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bizi izləyin

Qırmızı.az

Bu yollarda hərəkət məhdudlaşdırılacaq

“TOUR d`AZERBADİJAN” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar may ayının 8-də səhər saat 09.00-dan 12.00-dək Bakı şəhərində “Azadlıq meydanı – Neftçilər prospekti – Nobel prospekti – Zığ şosesi – Qala yolu – Buzovna – Bilgəh – Zağulba – Buzovna – Hava limanı şosesi” marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə Publika.az-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilib ki, həmin gün saat 09.00-dan 15.30-dək isə Heydər Əliyev prospekti – Yusif Səfərov küçəsi – Üzeyir Hacıbəyli küçəsi – Puşkin küçəsi – Azadlıq meydanı – Nefçilər prospekti – İçəri şəhərdə Kiçik Qala küçəsi – Qoşa Qala Qapısı – İstiqlaliyyət küçəsi – Sona xanım Vəliyeva küçəsi – Lermontov küçəsi – Teymur Elçin küçəsi – Mehdi Hüseyn küçəsi – Parlament prospekti – H.Cavid prospekti – Landau küçəsi – İnşaatçılar prospekti – Bakıxanov küçəsi – Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Bülbül prospekti – Üzeyir Hacıbəyli küçəsi – Puşkin küçəsi – Azadlıq meydanı” marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Məlumatda bildirilib ki, göstərilən vaxtda həmin istiqamətlərə alternativ yollardan istifadə olunmasını xahiş edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm