Dollar kreditlərinin bərpası nə vəd edir? RƏY
Bizi izləyin

Qırmızı.az

Dollar kreditlərinin bərpası nə vəd edir? RƏY

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kredit təşkilatlarına xarici valyuta ilə kreditlərin verilməsinə qoyduğu qadağanı aradan qaldırıb.

Publika.az xəbər verir ki, bu barədə banklardan məlumat verilib. Məlumata əsasən, banklar xarici valyutada kreditləri bəzi şərtlərlə verə bilər. Yaxın vaxtda Palata yeni şərtləri ictimaiyyətə detallı açıqlayacaq.

Qeyd edək ki, MBNP Direktorlar Şurasının aprelin 4-də keçirilən iclasında Azərbaycanda xarici valyuta ilə kreditlərin verilməsinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Bildirilib ki, xarici valyutada verilən istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində tənzimləyici çərçivələrin müəyyən edilməsinə dair qərar qəbul olunub. Həmçinin qeyd edilib ki, Palata bu müddətin uzadılması hüququnu öz üzərində saxlayır.

İqtisadçı-ekspert Vüqar Bayramov Publika.az-a açıqlamasında bildirib ki, dollar ilə istehlak kreditlərinin verilməsi üçün müəyyənləşdirilən qadağanın başa çatmasına şərh edərkən bunları deyib: “Qadağanın qüvvədə qaldığı ötən bir ayın yekunları göstərdi ki, bu kredit bazarına təsir göstərə bilmədi. Əksinə, bankların əksəriyyəti ümumiyyətlə kreditləşməni dayandırdılar. Aydındır ki, Mərkəzi Bankın qeyri-müəyyən məzənnə siyasəti davam etdikcə banklar manata güvənməyəcəklər. Hələlik isə görünən odur ki, Mərkəzi Bank məzənnəni dəhliz daxilində dəyişməyə çalışır. Amma bu nə qədər belə davam edəcək? Mərkəzi Bankın kommersiya banklarının məzənnə üçün müddətli dəhlizin elan edilməsi ilə bağlı müraciətinə mənfi cavab verməsi isə onu göstərir ki, hətta baş bankın özündə belə bu dəhlizi qoruyub saxlaya biləcəklərinə güvən yoxdur”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm