Kommunal borclarınızı və cərimələrinizi telefonla öyrənin
Bizi izləyin

Qırmızı.az

Kommunal borclarınızı və cərimələrinizi telefonla öyrənin

"Android” əməliyyat sistemində çalışan mobil cihaz istifadəçiləri də "Elektron hökumət" portalının mobil versiyasından faydalana biləcəklər.

Publika.az xəbər verir ki, portalın mobil versiyası xüsusi olaraq portativ qurğular üçün optimallaşdırılıb. Bu da tətbiqdən istifadə rahatlığını təmin edir, həmçinin, internet trafikə qənaət olunmasına səbəb olur.

“Android” əməliyyat sistemində çalışan mobil cihaz istifadəçiləri ilk vaxtlar "Elektron hökumət" portalı üzərindən təqdim olunan 423 elektron xidmətdən 18-nə öz mobil cihazları vasitəsilə müraciət edə biləcək. Mobil əlavəyə giriş e-imza kartı, istifadəçi adı/şifrə, mobil İD vasitəsilə mümkündür.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 7, Daxili İşlər Nazirliyinin 1, Ədliyyə Nazirliyinin 1, Səhiyyə Nazirliyinin 3 elektron xidmətini, həmçinin, 6 adda arayışı artıq mobil cihazınızdan əldə etmək olar.

Həmçinin, "Elektron hökumət" portalının mobil əlavəsi vasitəsilə vətəndaşlar kommunal, ipoteka, Dövlət Yol Polisi tərəfindən tətbiq olunan cərimələr barədə real vaxt rejimində xəbər tuta biləcəklər. Tətbiqin "istifadəçi məlumatları", "favorit elektron xidmətlər" və "son yeniliklər" kimi funksionallıqları var.

Mobil tətbiq vasitəsilə aidiyyəti suallarla bağlı “157 Zəng Mərkəzi”nə müraciət etmək mümkündür. Artıq bir çox xidmətlər "Elektron hökumət" portalının mobil əlavəsi vasitəsilə vətəndaşlara daha rahat və yaxındır.

Nəzərinizə çatdıraq ki, sözügedən tətbiqi "Play Store"da "«Elektron hökumət» portalı" yazıb axtarış etməklə mobil qurğunuza yükləyə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm