Azərbaycanla BMT arasında yeni layihə başladı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanla BMT arasında yeni layihə başladı

Azərbaycan və Gürcüstan arasındakı sərhəd keçid məntəqəsinin inkişaf etdirilməsinə dəstək üçün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan Nümayəndəliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə layihəsinə start verilib.

BMTİP-dən Publika.az-a verilən məlumata görə, ümumi büdcəsi təqribən 2 660 000 avro təşkil edən və Avropa Birliyi tərəfindən maliyyələşdirilən bu layihə əsasən Qırmızı Körpü sərhəd keçid məntəqəsində həyata keçiriləcək.

Açılış mərasiminə Azərbaycan və Gürcüstanın gömrük xidmətlərinin, eləcə də Avropa Birliyi Nümayəndəliyi, diplomatik korpus və BMTİP-nin hər iki ölkə ofisinin nümayəndələri qatılıb.

Tədbir iştirakçılarını salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev layihənin Azərbaycanın iqtisadi səmərəliliyi, rəqabət və bilik əsaslı inkişafı üçün olduqca əhəmiyyətli olduğunu vurğulayıb. BMTİP-in Rezident Nümayəndəsi cənab Qulam Isakzai bu əməkdaşlıqdan məmnunluğunu bildirərək, layihənin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunluğunu yüksək qiymətləndirib.

“Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd keçid məntəqəsinin təkmilləşdirilməsinə dəstək” layihəsinin ümumi məqsədi hədəf ölkələr və Aİ Üzv Dövlətlər arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi vasitəsilə sərhədlərin təhlükəsizliyinin təminatıdır. Eyni zamanda, layihədə Azərbaycan və Gürcüstan arasında malların keçidinin sürətləndirməsi əsas prioritetlərdən olacaq.

Layihənin əsas diqqət mərkəzində hər iki ölkə üçün əhəmiyyətli olan sanitar və fito-sanitar tədbirlər yer tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm