"WhatsApp"da “salam” ailə münaqişəsinə səbəb oldu
Bizi izləyin

Qırmızı.az

"WhatsApp"da “salam” ailə münaqişəsinə səbəb oldu

“Bir müddət əvvəl qızımın "WhatsApp"ına bir nömrədən mesajlar gəlib. Mesaj əvvəlcə “salam” verilməklə başlayıb. Qızım nömrə tanış olmadığı üçün mesaja cavab verməyib. Bir neçə gündən sonra həmin nömrədən qıcıqlandırıcı bir mesaj gəlib, yenə cavab verilməyib, üçüncü dəfə bir daha “salam...” göndərildi”.

Publika.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin “Labirintdən çıxış” layihəsi çərçivəsində yaradılan qaynar xəttə müraciət edən şəxs deyib.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, qadın əvvəlcə mesajları atasına göstərib.

“Ata həmin nömrəyə zəng vuruduqda, qarşı tərəf mesajları səhvən göndərdiyini bildirib. Bir müddətdən sonra xanımın ezamiyyətdə olan həyat yoldaşı qayıdıb. Telefonda həmin mesajları görüb. O, mesaj göndərən şəxsin profilinə daxil olduqda orada qeyri-etik səkillərin olduğunu aşkarlayıb. Bu səbəbdən ailədə böyük münaqişə baş verib. Hazırda ailədə münasibətlər tam tənzimlənməyib. Ata həmin şəxsin polisə verilməsini istəyir”.

Qeyd edək ki, (012) 511 11 51 “Qaynar xətt” xidməti sosial şəbəkə istifadəçilərinin qarşılaşdıqları problemlər barədə zəng vurub lazımi məsləhət almaları məqsədilə açılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm