Dələduz bankir Zal Yusifovun atası yeni yalanlar uydurur
Bizi izləyin

Qırmızı.az

Dələduz bankir Zal Yusifovun atası yeni yalanlar uydurur

“Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun 81 nəfərin milyonlarla pulunu mənimsəməsi ilə bağlı yenidən məhkəmə prosesi başlayacaq.

Teleqraf.com xəbər verir ki, Zal Yusifov 2008-ci ildə həbs olunsa da, zərərçəkmişlərin əmanətləri qaytarılmır. Buna səbəb dələduz bankirin atası Zakir Yusifovun absurd yalanlarıdır.

Zakir Yusifov Bakı Apelyasiya Məhkəməsinin 12 fevral 2016-cı il tarixli qərarından kasasiya şikayəti verib. Onun şikayəti Ali Məhkəmədə hakim İlqar Hüseynovun icraatına verilib və məhkəmənin baxış iclası iyunun 8-nə təyin olunub.

Zakir Yusifov şikayətində göstərib ki, guya məhkəmə proseslərindən iştirak etməyib. İndi də Zakir Yusifov məhkəmə proseslərində iştirak etməməsini bəhanə edərək Ali Məhkəmədə qərarı dəyişdirmək məqsədi güdür.
Amma hər kəsə məlumdur ki, Zakir Yusifov və onun hüquqi nümayəndəsi bütün məhkəmə proseslərində iştirak edib. Onun və nümayəndəsinin iştirakı olmadan bir dəfə olsun məhkəmə prosesi keçirilməyib.

Hələ 2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində keçirilən proseslərdən birinə Zakir Yusifov və onun nümayəndəsi gəlməmişdi. Həmin vaxt prosesə sədrlik edən hakim Sahibxan Mirzəyev iclası keçirməmiş və şikayətçi iştirak etmədiyi üçün məhkəmə prosesini təxirə salmışdı.

Hər yerdən əli üzülən Zakir Yusifov indi də məhkəmədə iştirak etmədiyini bəhanə gətirir. Bu iddia ilə zərərçəkmişlərə dəymiş ziyanını ödənilməsi üçün mülklərin hərraca çıxarmasına mane olmağa çalışır.
Ümid var ki, bu dəfə Ali Məhkəmə qərar qəbul edən zaman 81 nəfər vətəndaşın hüquqlarını müdafiə edəcək və onların xeyrinə qərar çıxaracaq.

Qeyd edək ki, Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb.

Hökmdən narazı şəxslər apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib.

Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri qaytarılmasını istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat verib.

Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, həmin məhkəmədə işə baxan hakimlər şikayətin baxılmamış saxlanılması barədə qərar qəbul ediblər. Bundan sonra işə yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılıb.

2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə də Zakir Yusifovun iddiası əsassız olduğu üçün təmin edilmədi. Bundan sonra Zakir Yusifov yenə də Ali

Məhkəməyə kasasiya şikayəti verərək işin yenidən apelyasiya instansiyasında araşdırılması üçün qərar qəbul etməyə nail olmuşdu.

Bu dəfə də apelyasiya instansiyasında işə hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb və Zakir Yusifovun iddiası rədd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm