Sabah hava necə olacaq?
Bizi izləyin

Qırmızı.az

Sabah hava necə olacaq?

Aprelin 4-də Bakı və Abşeron yarımadasında günün birinci yarısında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağıntılı olacağı, günün ikinci yarısında isə hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Publika.Az-ın məlumatına görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq.


Aprelin 4-də Azərbaycanın rayonlarında havanın yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Cənub-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 2-7, gündüz 13-18 dərəcə isti, dağlarda isə gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm