• USD 1,7008 0,00% EUR 1,9963 -0,36%
    • GBP 2,1926 -0,12% RUB 0,0287 +0,35%

Gömrük Komitəsinin sədrindən vacib açıqlama

Gömrük Komitəsinin sədrindən vacib açıqlama

“Bu gün Azərbayan gömrük xidməti üçün əlamətdar gündür. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı keçirilən tədbirlərdən biri də bu idarənin açılışı sayıla bilər”.

Publika.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Bakı Baş Gömrük İdarəsinin yeni inzibati binasının açılış mərasimində deyib.

Komitə sədri bildirib ki, Azərbaycan gömrük xidməti uzun illərdir ABŞ Dövlət Departamenti, BMT, Atom Enerjisi üzrə Beynəlxalq Assosiasiya və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir: “Bu əməkdaşlığın nəticəsi olaraq bu gün həm də gömrük üçün xüsusi əhəmiyyətli avadanlıqların da təqdimatı olacaq.

Bakı Baş Gömrük İdarəsinin Azərbaycanın gömrük sistemində xüsusi yeri var. Dövlət büdcəsi gömrük tərəfindən yalnız idxal əməliyyatları vasitəsilə zənginləşir və proqnozun yerinə yetirilməsində Bakı Baş Gömrük İdarəsi 75 faiz rol oynayır.

Sahibkarlığın inkişafına göstərilən diqqətə gömrük sistemi də öz dəstəyini verir. Mayın 4-dən etibarən elektron bəyanetmə sisteminin tətbiq olunması, bir gömrük xidmətləri və yığımlar üzrə qiymətlərin aşağı salınması, yaxın zamanlarda “yaşıl koridor”un istifadəyə hazır olacağı, gömrük infrastrukturunda yeni məntəqələrin açılması bunun bariz nümunəsidir”.

Aydın Əliyev deyib ki, yeni inzibati binanın açılışı sahibkarlara dəstək deməkdir: “Çünki burada əsas İpək Yolu terminalı gömrük postu fəaliyyət göstərirdi və yüklərin 60 faizə qədəri məhz bu terminalda rəsmiləşdirilirdi.

Mərkəzi gömrük laboratoriyası, karqo terminalı və Bakı Baş Gömrük İdarəsinin bir yerdə olması yüklərin daha tez rəsmiləşdirilməsinə nail olmaq deməkdir”.

Komitə sədri gömrük xidmətində ABŞ-Azərbaycan əməkdaşlığı barədə də məlumat verib: “1995-ci ildən etibarən Azərbaycan gömrük xidməti ABŞ hökuməti ilə ixraca nəzarət proqramı üzrə əməkdaşlıq edir. Azərbaycanda ixraca nəzarət üzrə qanunvericiliyin yaradılması, kinoloji xidmətdə Amerika təcrübəsindən istifadə olunması, gömrük tarifləri haqqında qərar hazırlanarkən məhz ABŞ modelindən yararlanmağımız və bir çox treninqlərdə iştirakımız bu əməkdaşlığın nümunəsidir”.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>