• USD 1,7008 0,00% EUR 2,0081 +0,46%
    • GBP 2,1911 +0,05% RUB 0,0288 0,00%

Sel fəlakəti təkrarlana bilər: Ekspertlərdən həyəcanlı XƏBƏRDARLIQ

Sel fəlakəti təkrarlana bilər: Ekspertlərdən həyəcanlı XƏBƏRDARLIQ

Tənzimlənmiş çaylarda vahid idarəetmə sistemi yaradılmalı və proqnoz əsasında su anbarlarının rejimi idarə edilməlidir. Əks halda 2010-cu ilin may ayında Kür çayında baş verən fəlakət yenə təkrar oluna bilər.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Hidrogeologiya şöbəsinin müdiri Rəna Qaşqay deyib.

Onun sözlərinə görə, su anbarları boşaldılaraq, kritik səviyyəsindən aşağı salınmalıdır ki, daşqın sularının oranı doldurmasına imkan yaradılsın.

Şöbə müdiri hesab edir ki, Mingəçevir su anbarında su müəyyən həddə saxlanılmalıdır.

“Mingəçevir su anbarında su 73 metr səviyyəsinə qədər boşaldılaraq Şəmkir su anbarından oraya su buraxılmalıdır. Bu addım atılmasa, Kür qırağında yerləşən torpaqları su basması qaçılmaz olacaq”.

Onun fikrincə, bu il Kür çayında daşqın baş verə bilməz, çünki orda 3 su anbarı var.

R.Qaşqay konkret su basmasının nə zaman müşahidə edilə biləcəyini proqnoz verə bilməsə də, vəziyyətdən çıxış yolu üçün təklifini irəli sürdüyü deyir. Alimin sözlərinə görə, bundan sonra aidiyyəti qurumlar tədbir görməlidirlər.

Hələ ötən ay Milli Hidrometeorologiya Departamenti tərəfindən ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi məqsədilə aparılmış qarölçmə işlərinin nəticələri, eyni zamanda aylıq və fəsillik hava proqnozları məlumatları nəzərə alınmaqla respublika çaylarında aprel, may, iyun ayları üçün yaz gursululuğunun və daşqın hadisələrinin axım proqnozu açıqlanmışdı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Publika.az-a açıqlamasında bildirib ki, çaylarda gursululuq dövründə ayrı-ayrı günlərdə yağan yağışlar nəticəsində dağ çaylarında daşqın baş verməsi istisna edilmir: “May ayında intensiv yağışlar yağarsa, qısa müddətli daşqınlar gözlənilir. Lakin belə bir hal baş versə, əvvəldən xəbərdarlıq ediləcək. Hazırda çaylarda gursululuq dövrü davam etməkdədir, normadan çox sululuq müşahidə olunur. Xüsusən, Böyük və Kiçik Qafqaz, Quba, Xaçmaz çaylarında gursululuqdur. Çünki bu ilin qış dövründə həmin ərazi hövzələrində qar ehtiyatı normadan çox yağıb. Ona görə həmin ərazilərdə temperatur normadan çox olması, qarın tədricən əriməsi nəticəsində o çaylarda sululuq digər ərazilərə nisbətən çoxdur. Kür çayında hazırda sabit səviyyə müşahidə olunur. Hətta əvvəlki illərlə müqayisədə hazırkı səviyyə xeyli aşağıdır”.

Coğrafiya İnstitutunun şöbə müdirinin təklifinə gəldikdə, A.Verdiyev su anbarlarının tənzimlənməsi üçün əsas məsələnin hidroloji proqnoz olduğunu deyir: “Bu proqnoz əsasında su anbarına nə qədər su gələcəyini müəyyən etmək olur. Bu proqnozları mütəmadi hazırlayıb, müvafiq qurumlara göndəririk. Bütün işlər də həmin proqnoz əsasında qurulur. Vahid sistemin yaradılması barədə tanış olmasam da, əvvəldən hidroloji proqnozun aparıldığını deyə bilərəm. 2010-cu il daşqınlarının təkrarlanmaması üçün gözlənilən sululuq bilinməlidir. Bunu da müəyyən etmək üçün hər il mart ayının sonunda ümumi təhlil və müqayisələr aparılır. Respublikanın dağlıq ərazilərində, transsərhəd bölgələr-Türkiyə, Gürcüstanda, Kür və Araz çayının hövzələrində qar ehtiyatı barədə məlumatları əldə edib, təhlillər aparırıq. Yaz-yay gursululuq proqnozu hazırlanır”.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>