Qırmızı.az
TQDK bu gün imtahan keçirir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün növbəti SAT imtahanını keçirir.
TQDK-dan Publika.az-a verilən məlumata görə, imtahan səhər 08:30-da başlayıb.
Qeyd edək ki, SAT I (Scholastic Aptitude/Assessment Test)
müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma
və riyazi, SAT II (SAT Subject) isə müxtəlif məktəb fənləri üzrə
bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq
müddəti 5 il olan test imtahanlarıdır. Hər il bu imtahanlarda iki
milyondan artıq şəxs iştirak edir. SAT imtahanının nəticəsi
beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif
ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb
məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan
verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. SAT
imtahanının nəticəsi ali təhsil ocaqlarının qəbul komissiyaları
üçün müraciət edən məktəb məzunlarını eyni şkala üzrə müqayisə
etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını
müəyyən etməkdə əsaslı mənbə hesab olunur.
Gülxar
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı