• USD 1,7008 0,00% EUR 1,9988 +0,13%
    • GBP 2,1901 -0,11% RUB 0,0288 +0,35%

Allahşükür Paşazadə: “Azərbaycanda sıx dinlərarası dialoq mövcuddur”

Allahşükür Paşazadə: “Azərbaycanda sıx dinlərarası dialoq mövcuddur”

“Heydər Əliyev ümummilli lider missiyasında ölkəmizi etnik separatçılıq, dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək dövlətçiliyimizi xilas edib”.

Publika.az xəbər verir ki, bunu bu gün Bakıda ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Heydər Əliyev irsi və multikultural dəyərlər” mövzusunda konfransda çıxışı zaman Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirib.

A.Paşazadə deyib ki, milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında birləşdirərək ulu öndər Azərbaycan dövlətçilyinin sarsılmaz bünövrəsini qoyub: “Ulu öndərin fəaliyyətində müstəqil Azərbaycanın islam dünyası ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsi böyük önəm kəsb edir. Dinindən, dilindən asılı olmayaraq Azərbaycan vətəndaşlarına eyni münasibət bəsləyən Heydər Əliyev illərin sınağından çıxmış adət-ənənələrə ehtiramla yanaşırdı, müxtəlif icmaların bayramlarında həmvətənləri ilə birgə olub və onları təbrik edirdi. Bunun nəticəsində 1998-ci ildə Rus Provoslav kilsəsinin Bakı yeparxiyası yaradılıb, Jen-Mironosits kilsəsi bərpa olunub. Azərbaycanda yaşayan yəhudi icması üçün yeni sinaqoq binası, azsaylı katolik icması üçün kilsə də inşa edilib. Bununla yanaşı, Heydər Əliyev digər dinlərin liderlərini Azərbaycana dəvət edib. Bununla da bütün dünyanın diqqətini, məhz Azərbaycana yönəldirib”.

Bütün Qafqazın Şeyxi qeyd edib ki, Azərbaycan milli və bəşəri dəyərlərə ehtiramı ilə seçilən məkandır: “Bu dəyərlərə ehtiram Heydər Əliyevin zamanında daha yüksək səviyyəyə qaldırılaraq, ümumdövlət səciyyəli məsələyə çevrildi, tolerantlıq, multikulturalizm dövlət siyasəti qismində həyata keçirilməyə başlandı. Eyni zamanda, ümumbəşəri önəm kəsb edən amili məhz, Azərbaycan nümunəsində dünya miqyasında bənzərsiz, analoqu olmayan bir fenomenə çevirməyə müvəffəq oldu. Vətənimiz Azərbaycan beynəlxalq müstəvidə təkcə enerji layihələri ilə deyil, həm də mədəniyyətləri, dinləri bir araya gətirən qabaqcıl ölkə kimi gündəmdədir. Təbii ki, burada siyasi iradə, dövlət başçısının lider rolu böyük önəm daşıyır. İlham Əliyevin qlobal miqyasda dəyər kəsb edən təşəbbüsləri bəşəriyyətin ümumi inkişafına, sülh və dinc birgə yaşayış amallarına xidmət edir. Dövlət başçısı dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısıdır. Bu yaxınlarda BMT Sivilizasiyalar Alyansının 7-ci qlobal forumunun Azərbaycanda keçirilməsi bu fəaliyyətin məntiqi nəticəsi idi. Bu, eyni zamanda Azərbaycana, onun rəhbərinin siyasətinə verilən dəyərin göstəricisidir. Dinlərarası, mədəniyyətlərarası əlaqələrin inkişaf etdirilməsi, milli-mənəvi irsimizin tolerantlıq ənənələrimizin təbliği Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində də önəmli yer tutur. Bu gün dünyanın müxtəlif yerlərində dini və müxtəlif zəminlərdə toqquşmalar baş verdiyi halda Azərbaycanda müxtəlif etnik və dini mənsubiyyət daşıyıcıları arasında dostluq, qardaşlıq şəraitində yaşayır, çox sıx dinlərarası dialoq mövcuddur. Belə bir nümunə dünyanın digər ölkələrində nadir tapılar”.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>