Qırmızı.az
ANAMA sursatlar haqda hesabat yaydı
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Tərtər və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar haqqında hesabat yayıb.
ANAMA-dan Publika.az-a verilən məlumata görə, Tərtər rayonunun Qarağacı kəndi – 3 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib, 15 000 kv/m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.
Rayonun Qaynaq kəndində 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib,1 050 kv. m ərazi təmizlənib. Tərtərin Qazyan kəndində 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, 10 900 kv. m ərazi təmizlənmış və partlamamış hərbi sursat aşkar edilməyib.
FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən cəmi 9 ev və həyətyanı sahədə 11 partlayış yeri aşkar edilib və 26 950 kv. m ərazi təmizlənib.
Füzuli rayonunun Şükürbəyli kəndində 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 480 kv. m ərazi təmizlənıb.
Cəmi 2 əkin sahəsi, 2 partlayış yeri aşkar edilib və 480 kv. m ərazi təmizlənıb.
Bu gün agentlik tərəfindən 9 ev həyətyanı sahə, 2 əkin sahəsi, 13 partlayış yeri yoxlanılıb, 27 430 kv. m ərazi təmizlənib.
Ümumilikdə 7 Aprel - 7 May 2016-cı il tarixlərində ANAMA tərəfindən Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 443 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbirstanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 7 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 414 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hal-hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı