Saatların çəkildiyini unutdu, bomba əlində partladı
Bizi izləyin

Qırmızı.az

Saatların çəkildiyini unutdu, bomba əlində partladı

İrlandiyanın paytaxtı Dublində saatların qabağa çəkildiyini unudan terrorçu mənfur planının qurbanı olub.

Ölkənin yaz saatı sisteminə keçməsindən xəbərsiz olan militarist məhv etmək istədiyi şəxsin avtomobilinə quraşdırdığı bomba anındaca partlayıb.

Polisin araşdırması zamanı məlum olub ki, terrorçu qol saatını irəli çəkməyi unudub. Amma bombanın üzərindəki rəqəmsal (dijital) saat avtomatik yaz sisteminə keçib və qurğu nəzərdə tutulan vaxtdan bir saat öncə, yəni anındaca partlayıb.

Terrorçu ağır yaralanıb və taksiyə əyləşərək hadisə yerindən uzaqlaşa bilib.

Dedektiv Dave Teylor mətbuata açıqlamasında "çox çanslıyıq. Terrorun fəsadları daha ağır ola bilərdi. İndi əsas məqsədimiz terrorçunu tapıb həbs etməkdir", deyə bildirib.

Partladılan avtomobilin kimə məxsus olduğu bilinmir. /Teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm