DSMF-nin əməkdaşları arasında mini-futbol, şahmat və stolüstü tenis yarışları keçiriləcək
Bizi izləyin

Qırmızı.az

DSMF-nin əməkdaşları arasında mini-futbol, şahmat və stolüstü tenis yarışları keçiriləcək

DSMF-nin əməkdaşları arasında mini-futbol, şahmat və stolüstü tenis yarışları keçiriləcək

Müstəqil Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturlarının komandaları arasında mini-futbol turnirinə start verilib.

Publika.Az-ın verdiyi xəbərə görə, aprelin 3-də turnirin açılış mərasimində çıxış edən DSMF-nin sədri Elman Mehdiyev ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi fəaliyyət göstərdiyi dövrün Azərbaycan tarixinin ən parlaq hissəsi olduğunu diqqətə çatdırıb.

“Bu gün ölkəmizin həyatının bütün sahələrində ümummilli liderin müəyyənləşdirdiyi prinsiplər uğurla gercəkləşdirilir və məhz bunun nəticəsində Azərbaycan dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliyəyir” –deyən Dövlət Sosial Müdafiə Fondunun sədri vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda idmanın və bədən tərbəyəsinin inkişafına qayqısı bu sahədə yüksəlişin əsasını qoyub. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyəti nəticəsində
müstəqil Azərbaycan beynəlxalq aləmdə həm də bir idman ölkəsi kimi tanınıb və olimpiya hərəkatına qoşulub. 2015-ci ildə isə Azərbaycan Avropa ölkələri arasında tarixdə ilk dəfə keçiriləcək Olimpiya oyunlarına ev sahibliyi edəcək.

Fondun sədri onu da vurğulayıb ki, DSMF-də artıq neçə illərdir ümummilli liderin doğum günü ərəfəsində müxtəlif kütləvi tədbirlər təşkil olunur və bunlardan biri də bu gün açılışına start verilən komandalar arası mini-futbol turniridir.

Tədbirdə qeyd edilib ki, 8 komandanın mübarizəyə qatıldığı mini futbol turnirinin qalibləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 91- ci ildönümü ərəfəsində müəyyənləşəcək, qaliblərə kubok, medallar, diplomlar və pul mükafatları təqdim olunacaq. Bununla yanaşı, ulu öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə DSMF-nin strukturlarının əməkdaşları arasında stolüstü tennis və şahmat yarışları da keçiriləcək və qaliblər mükafatlandırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm