Azərbaycan yeni nəsil silah istehsalına başlayır - VİDEO
Bizi izləyin

Qırmızı.az

Azərbaycan yeni nəsil silah istehsalına başlayır - VİDEO

"Azərbaycan erməniləri işğal edilmiş torpaqlarından öz istehsalı olan silahlarla qovacaq",- bu sözləri ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin sullarını cavablandıran Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Azərbaycan silahlarının aprel döyüşlərindən üzü ağ, alnı açıq çıxdığını söyləyən Yavər Camalov döyüşlərdə istifadə olunan atıcı silahları, snayper tüfənglərini, minaatanları, qumbaratanları, hücum plomyotunu, pilotsuz uçuş aparatları misal göstərərək bir daha Azərbaycan silahlarının, hərbi texnikalarının tam beynəlxalq standartlara cavab verdiyi diqqətə çatdırıb.

Azərbaycanda istehsal olunan silahların tam yüksək səviyyədə döyüş tapşırığını yerinə yetirdiyini söyləyən Yavər Camalov ölkəmizdə istehsal edilən pilotsuz uçan aparatların təyinatının dəyişdirilərək, təkcə kəşfiyyat xarakterli deyil, eyni zamanda zərbə xarakterli pilotsuz uçuş aparatlarının da istehsalına başlanılacağını qeyd etdi.

Bu barədə ilk dəfə məlumat verən nazir hətta erməniləri xəbərdar da edib.

“Yaxın 3 ayda prezident İlham Əliyevin tapşırığı ilə yeni nəsil “zərbə” adlı pilotsuz uçuş aparatlarının serialı istehsalı həyata keçiriləcək. Bu uçuş aparatları bizə imkan verəcək ki, düşmənin atəş nöqtələrini müəyyən etməklə həmin dayaq nöqtələrini məhv edək. Artıq düşmənlər - Ermənistan ordusunun əsgər və zabitləri indidən eşitməli, bilməlidirlər ki, Azərbaycan yaxın zamanlarda istehsal etdiyi belə silahlarla onları işğal etdikləri torpaqlardan qovacaq”,- deyə müdafiə və sənaye naziri Yavər Camalov bildirib.

Nazir Azərbaycanın son zamanlar dünyanın bir çox ölkələri ilə silah istehsalı sahəsində müqavilələr bağladığını, beynəlxalq silah sərgilərində yüksək səviyyədə iştirak etdiyini də vurğuladı. Bu ilin aprelində Malziyada keçiriələn DSA-2016 15-ci Asiya müdafiə xidmətləri sərgisində Azərbaycanın da iştirk etdiyini xatırladan nazir burada nümayiş olunan silahlarımıza böyük marağın olduğunu diqqətə çatdırıb.

“Bunun nəticəsi olaraq biz bir çox dövlətlərlə - Nigeriya, Kamboca, Banqladeş, Vyetnam, Tayvan, Qətər və Flippinlə Azərbaycanda istehsal edilən silahların ixracı barədə protokol imzaladıq. Həmin protokola əsasən, yaxın zamanlarda həmin ölkələrin müvafiq qurumlarının nümayəndələri Azərbaycana gələcək, yerli istehsalla tanış olduqdan sonra həmin silahların ixracı üzrə müqavilələr imzalanacaq",- deyə Yavər Camalov vurğulayıb.

Yavər Camalov Azərbaycanın istehsal etdiyi silahlardan danışdı1

Yavər Camalov Azərbaycanın istehsal etdiyi silahlardan danışdı 2

Oxumağa davam et
Reklam
Reklam

Gündəm