100 min azərbaycanlını Ermənistandan sürgün edən əmr - FOTO
Bizi izləyin

Qırmızı.az

100 min azərbaycanlını Ermənistandan sürgün edən əmr - FOTO

SSRİ lideri İosif Stalinin 23 dekabr 1947-ci ildə azərbaycanlıların öz dədə-baba torpaqlarından sürgün edildiyini təsdiqləyən əmrinin surəti sosial şəbəkələrdə yayılıb.

Axar.az xəbər verir ki, Stalinin bu əmrində 1948-50-ci illərdə Ermənistanda yaşayan 100 min azərbaycanlının Azərbaycana köçürülməsi, onların boşaldılmış evlərinə isə xaricdə yaşayan ermənilərin məskunlaşdırılması barədə göstəriş verilir.

Xatırladaq ki, 20-ci əsrdə Qərbi Azərbaycandan azərbaycanlılar bir neçə dəfə, hissə-hissə köçürülüb və nəticədə Azərbaycanla Türkiyə arasında qondarma bir “ölkə” yaradılıb. Əsrin əvvəllərindən başlayan deportasiya 1933, 1948-53 və 1988-ci illərdə davam etdirilib.

1918-ci ildə isə 500 mindən artıq azərbaycanlı Qərbi Azərbaycanda erməni daşnakları tərəfindən məhv edilib, minlərlə kənd dağıdılıb, azərbaycanlılara qarşı olmazın işgəncələr həyata keçirilib.

Sonuncu dəfə - 1988-ci ildə isə Ermənistandan 250 min azərbaycanlı qovulub.

Ötən əsrin əvvəllərində indiki Ermənistanın paytaxtı İrəvan əhalisinin 87 faizini təşkil etdikləri halda, bu gün nəinki İrəvanda, hətta Azərbaycan torpaqları hesabına Rusiyanın birbaşa iştirakı ilə yaradılan bütün Ermənistanda bircə azərbaycanlı da yaşamır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm