Mülki şəxslər hansı xidmətlərə cəlb edilir? - Müdafiə Nazirliyi açıqlayır
Bizi izləyin

Qırmızı.az

Mülki şəxslər hansı xidmətlərə cəlb edilir? - Müdafiə Nazirliyi açıqlayır

Mülki şəxslərin hansı xidmət və qulluqetmə vəzifələrinə cəlb edilir? - Müdafiə Nazirliyi açıqlayır

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və bölmələrdə mülki şəxslərin hansı xidmət və qulluqetmə vəzifələrinin icrasına cəlb edildiyi açıqlanıb.

Bununla bağlı Trend-in rəsmi sorğusuna Müdafiə Nazirliyinin mətbuat xidmətinin cavab məktubunda qeyd edilir ki, ordu ona aid olmayan əlavə funksiyalardan - müxtəlif təsərrüfat, mühafizə və qulluqetmə tapşırıqlarından mərhələlərlə azad edilir: "Qısa müddət ərzində xeyli sayda mülki şəxs Silahlı Qüvvələrdə işə qəbul olunub. Bu məsələləri həll etməklə həm vətəndaşlar iş yerləri ilə təmin edilmiş olur, həm də şəxsi heyətin diqqəti sırf döyüş hazırlığı məsələlərinə yönəldilir. Mülki heyət Silahlı Qüvvələrin ştatında mövcud olan müxtəlif mülki ixtisaslar üzrə - aşpaz, çilingər, sürücü, xadimə, dalandar və s. vəzifələrə işə götürülürlər".

Bildirilib ki, hazırda da bu istiqamətdə işlər mütəmadi olaraq aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl müdafiə naziri general-polkovnik Zakir Həsənov jurnalistlərə bildirmişdi ki, əsgərlərin xidmətlə bağlı olmayan digər işlərdən azad edilməsinə çalışırlar. Onun fikrincə, bu, əsgərlərimizə döyüş hazırlığı ilə məşğul olmaq üçün daha çox vaxt əldə etməyə imkan verəcək: "NATO ordularında mülki şəxslərdən geniş istifadə olunur. Bizim məqsədimiz ordumuzu digər müasir ordulara uyğunlaşdırmaqdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm