Rəsulzadənin 130 illiyinə həsr olunmuş dəyirmi masa keçirildi
Bizi izləyin

Qırmızı.az

Rəsulzadənin 130 illiyinə həsr olunmuş dəyirmi masa keçirildi

Aprelin 3-də Azərbaycan Dillər Universitetində “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi”nə həsr olunmuş dəyirmi masa keçirilib.

Bu barədə Publika.Az-a ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Dəyirmi masa prezident İlham Əliyevin 22 noyabr 2013-cü il tarixində imzaladığı Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Sərəncama uyğun olaraq baş tutub.

Tədbir Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının Vətənpərvərlər Klubunun təşkilatçılığı ilə keçirilib. Tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Sosial elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva, həmin kafedranın dosenti Qorxmaz Mustafayev, baş müəllimi Qəribə Əlizadə və Pedaqoji fakültənin 404 (a), 404 (b), 405 qrup tələbələrinin iştirakı ilə keçirilib.

Tədbirdə çıxış edən universitetin Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev dəyirmi masanın ölkə başçısı İlham Əliyevin imzaladığı Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Sərəncama əsasən keçirildiyini xatırladıb. Universitetdə M. Ə. Rəsulzadəyə həsr olunmuş iki tədbirin keçirildiyini bildirən prorektor Ə. Əliyev birinci tədbirdə ictimai xadimin gənclik illərindən bəhs olunduğunu vurğulayıb. Ə. Əliyev M. Ə. Rəsulzadənin siyasi fəaliyyətindən, o cümlədən İranda gördüyü işlərdən söz açıb. O, M. Ə. Rəsulzadə kimi xaidmlərin həyat tarixçəsini dəqiqliklə öyrənməyin vacibliyindən danışıb.

Sonra Məhəmməd Əmin Rəsuzladənin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.

Pedaqoji fakültədə təhsil alan tələbələr - Sevinc Nəbizadə “M. Ə. Rəsulzadənin İrandakı siyasi fəallığı”, Nübar Həsənzadə “M. Ə. Rəsulzadənin ədəbi fəaliyyəti”, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Nihad İsmayılzadə isə “Məşrutə inqilabı və onun Şimali Azərbaycan mətbuatına təsiri” mövzularında çıxışlar ediblər.

Pedaqoji fakültənin tələbələri – Gülnar Xəlilova “M. Ə. Rəsulzadənin Azərbaycan tarixində mövqeyi”, Çiçək Salamova “M. Ə. Rəsulzadənin siyasi mövqeyi” ilə bağlı sualları cavablandırıblar.

Dəyirmi masa ADU TGT Vətənpərvərlər Klubunun sədri, Pedqoji fakültənin tələbəsi Ülkər Yüzbaşovanın ünvanladığı

“Prezident İlham Əliyevin Sərəncamı ilə M. Ə. Rəsulzadənin 130 illiyinin qeyd olunmasını necə qiymətləndirirsiniz?”, “M. Ə. Rəsulzadə kimdir – siyasi-dövlət xadimi, yoxsa Azərbaycan milli şurasının sədri?”, “1918-ci ildə ilk demokratik Respublikanı quran M. Ə. Rəsulzadə və digər dahi şəxsiyyətləri yetişdirən mühitlə Azərbaycanın yenidən müstəqilliyini bərpa etməsində rol oynayan dahi şəxsləri yetişdirən mühitin fərqli və oxşar cəhətləri nədir?”, “Rəsulzadənin erməni-müsəlman davasının yatırılmasında nə kimi xidmətləri olub?”, “28 may 1918-ci il Şərq tarixində ilk demokratik Respublikanın yaranması M. Ə. Rəsulzadənin necə böyük şəxsiyyət olmasının bariz nümunəsidir, lakin o harada səhv etdi ki, AXC süquta uğradı?”, “Rəsulzadədən qalan mirası layiqincə qoruya bilirik mi?” suallar ətrafında müzakirələrlə davam edib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm