Bakıda 700 minlik villa satılır – KREDİT BORCU
Bizi izləyin

Qırmızı.az

Bakıda 700 minlik villa satılır – KREDİT BORCU

“Atabank”ın kredit borcuna görə müsadirə etdiyi və satışa çıxardığı daşınmaz əmlakların qiymətləri məlum olub.

Publika.az-ın xəbərinə görə, Bankdan fins.az-a bildirilib ki, müştəri gözləyən əmlakları almaq üçün minimum 4 min manat, maksimum isə 700 min manat pul vermək lazımdır.

Bankın müsadirə etdiyi ən ucuz əmlak Tərtər rayonunun Borsunlu kəndində satılan 3,81 hektar torpaq sahəsidir. Ərazi cəbhə bölgəsinə yaxın yerləşir və torpağı hektarına 1050 manat ödəməklə onu almaq olar.

Bir qədər artıq xərc çəkmək istəyənlər Lənkəranda fərdi ev də ala bilərlər. Rayonun Girdəni kəndindəki həyət evi 10 min manata satılır.

“Atabank”ın təklif etdiyi ən bahalı daşınmaz əmlak isə Bakıda yerləşən villadır. Bu obyekt paytaxtın Binəqədi rayonunda, Rəsulzadə qəsəbəsindədir və qiyməti 700 min manatdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm