Qırmızı.az
FHN-nin "112" Çevik reaksiya idarəsinin inzibati bölməsinin açılışı olub
Bu gün FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin "112" Çevik reaksiya idarəsinin inzibati bölməsinin əsaslı təmirdən sonra açılışı olub.
Publika.az FHN-nin saytına istinadən xəbər verir ki, Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov inzibati bölmənin açılış mərasimində iştirak edib.
Ən müasir avadanlıqlarla təmin edilmiş idarə əsaslı təmirdən sonra son texnoloji nailiyyətlərdən istifadə olunmaqla yeni proqramla fəaliyyət göstərəcək.
Bu proqram "112" nömrəsinə daxil olan zənglərin daha operativ qəbul edilməsi, FHN-in qüvvə və vasitələrinin daha çevik və effektiv idarə edilməsinə şərait yaradacaq.
Bundan əlavə, əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi, çıxılmaz vəziyyətdə qalan insanların təhlükəsiz davranış qaydaları barədə çevik məlumat əldə edə bilmələri üçün Android" və "IOS" mobil platformaları üzərindən istifadə edilə biləcək proqramın da təqdimatı olub. Bu proqram vasitəsilə, həmçinin "112" nömrəsinə birbaşa çıxış da mümkündür.
Bundan başqa, FHN-nin rəsmi saytının yeni versiyasının da təqdimatı olub.
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident