Azərbaycana gələn əcnəbidə malyariya aşkarlandı
Bizi izləyin

Qırmızı.az

Azərbaycana gələn əcnəbidə malyariya aşkarlandı

Bu il aprel ayında Azərbaycanda bir nəfər əcnəbi vətəndaşda malyariya aşkarlanıb.

Bunu Publika.az-a açıqlamasında Respublika Gigiyena və Epidemologiya Mərkəzinin parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov deyib.

Onun sözlərinə görə, malyariya aşkarlanan şəxs BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edən Afrikanın Benin Respublikasının vətəndaşıdır.

“Həmin şəxs yüksək hərarətlə təcili yardıma müraciət edib. O, Kliniki Tibbi Mərkəzdə müayinə edilib, qanından analizlər götürülüb. Müayinələr zamanı həmin şəxsdə tropik malyariya xəstəliyi aşkarlanıb. Malyariyanın bu növü Azərbaycanda qeydə alınmayıb. Tropik malyariyanı yayan ağcaqanadlar Afrikada olduğundan, bu xəstəlik daha çox orada yayılır. Malyariyanın bu növü tez müalicə olunandır. Xəstəlik vaxtında aşkarlanıbsa, üç gün müalicə olunandan sonra xəstə tam sağalır. Benin vətəndaşı da bizdə müalicə olunub ölkəsinə yola salındı. Bu xəstəlik Afrika ölkələri üçün adi haldır. Həmin şəxs xəstəliyini müraciət edəndən sonra bilib”.

S.Məmmədov bildirib ki,son 4 ildir Azərbaycanda yerli vətəndaşlarda malyariya aşkarlanmır.

“Lakin ölkəyə gələn əcnəbilərdə hər il bir neçə malyariya faktı aşkarlanır. Bu faktların hamısı tropik malyariya olub, onu yayan ağcaqanad ölkəmizdə yoxdur. Bu baxımdan onun ölkəmizdə yayılması ehtimalı da yoxdur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm