Qırmızı.az
“Heydər Əliyevin sayəsində Türkiyə Avrasiyanın ürəyi oldu” – “Hürriyet Daily News”
Türkiyənin “Hürriyet” qəzetinin ingilis dili versiyasında (hurriyetdailynews) “Heydər Əliyevin enerji strategiyası” adlı məqalə dərc olunub.
Publika.az xəbər verir ki, Mərmərə Qrup
Strateji və Sosial Tədqiqatlar Fondunun prezidenti Akkan Suverin
müəllifi olduğu məqalədə Heydər Əliyevin prezident olduğu 10 il
ərzində gördüyü işlərin Türkiyə-Azərbaycan ittifaqının yol
xəritəsini yaratdığı deyilir.
“Heydər Əliyev Türkiyə-Azərbaycan ittifaqının təməl daşını qoydu. Onun enerji strategiyası nəticəsində bu gün Cənub Qaz Dəhlizi layihəsinin əsası qoyulub. Unudulmamalıdır ki, Türkiyənin Avrasiyanın enerji ürəyi olması məhz Heydər Əliyevin sayəsində mümkün olub. Bu gün Ankara Əliyevin enerji strategiyasının meyvələrini yeyir. Bu layihələrin əsası Bakı-Tiflis-Ceyhan kəməri ilə qoyulub. Bununla da regionun enerji hovuzunda Türkiyənin üfüqləri genişləndi. SOCAR Heydər Əliyevin enerji strategiyasının gözəl nümunəsidir. TANAP bu epoxanın böyük nailiyyətidir. Bakı-Tiflis-Qars dəmiryolu layihəsi Avrasiyanın qürur mənbəyidir. Bütün bu investisiya və layihələr hər iki ölkənin gələcək əlaqələri üçün təməl daşı olub. Azərbaycanla Türkiyə arasında həmrəyliyin yaradılması Heydər Əliyevin şah əsəridir”, - deyə müəllif qeyd edib.
TANAP, TAP, BTQ layihələri, Avropanın enerji təhlükəsizliyində
Bakı və Ankaranın aldığı rol, ikitərəfli əməkdaşlıq, həmçinin,
Türkiyə ilə Azərbaycanın regional enerji nəhənginə çevrilməsi
məsələlərinə toxunan Akkan Suver yazır ki, Heydər Əliyev bu əsərin
memarıdır.
Asif
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı