Stavropol diyarı Azərbaycanı taxılla tam təmin etməyə hazırdır
Bizi izləyin

Qırmızı.az

Stavropol diyarı Azərbaycanı taxılla tam təmin etməyə hazırdır

Stavropol diyarı Azərbaycanı taxılla tam təmin etməyə hazırdır

Stavropol diyarı Azərbaycanı taxılla tam təmin etməyə hazırdır. Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda Stavropol diyarı hökuməti rəhbərinin müavini Andrey Murqa deyib.

O qeyd edib: "Əməkdaşlıq etdiyimiz Azərbaycan yüzdən artıq ölkə arasında strateji ticarət tərəfdaşıdır. Azərbaycan ənənəvi olaraq diyarımızın məhsullarının ixracı üçün əsas bazardır. Вu ixracın strukturunda nisbətən daha çox xüsusi çəkiyə malik təbii ki, taxıldır. Azərbaycanın illik taxıl tələbatı təxminən bir milyon tondur. Bununla yanaşı, region hər il üç milyon tona yaxın taxıl ixrac edə bilər və biz danışıqlar masası arxasına əyləşməyə hazırıq".

Onun sözlərinə görə, Stavropol diyarı Cənubi Qafqaz iqtisadiyyatının lideridir "Bundan əlavə, biz investisiyaların cəlb edilməsi üçün son dərəcə rahat şərait yarada bilmişik. Qeyd etmək istəyirəm ki, 2010-cu ildə regionlarımız arasında bağlanan iqtisadi əməkdaşlıq sazişi nəticəsində son bir neçə il ərzində əmtəə dövriyyəsi üç dəfədən çox artıb".

A.Murqa bildirib ki, ikitərəfli əməkdaşlığın potensialından tam istifadə olunmayıb: "Bizim perspektivli hesab etdiyimiz istiqamətlər arasında kənd təsərrüfatı ilə yanaşı, turizm, təhsil, rəsmi strukturlar səviyyəsində əlaqələrin inkişafı da var. Bundan başqa, biz azərbaycanlı sərmayəçilərin və sahibkarların cəlb edilməsində, eləcə də kənd təsərrüfatı məhsullarının saxlanması və emalı sahəsində birgə istehsalatın yaradılmasında maraqlıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm