Sumqayıt polisi qanunla qadağan olunmuş təriqətlərdən birini təbliğ edən 6 nəfəri saxladı
Bizi izləyin

Qırmızı.az

Sumqayıt polisi qanunla qadağan olunmuş təriqətlərdən birini təbliğ edən 6 nəfəri saxladı

Saxlanılanlardan birinin mənzilinə baxış zamanı "AK-74" markalı avtomat, 1 ədəd avtomat darağı, 2 "F-1" qumbarası və 22 ədəd patron aşkar edilərək götürülüb

Publika.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 15-də 5-ci mikrorayonun ərazisində yerləşən "Çempion" çay evində qanunla qadağan olunmuş təriqətlərdən birini təbliğ etdiklərinə görə şəhər sakinləri İlkin Bəşirov, Ələkbər Zeynalov, Samir Məmmədkərimov, Hamlet Talıbov, Əlinur Atayev, Rasim Bədəlov saxlanılıblar.

R.Bədəlovun şəhərin 8-ci mikrorayon ərazisindəki yaşadığı mənzilə baxış zamanı "AK-74" markalı avtomat, 1 ədəd avtomat darağı, 2 "F-1" qumbarası və 22 ədəd patron aşkar edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm