Qırmızı.az
Azərbaycanlı jurnalistlər AŞPA-nın iclas zalına buraxılmadı – FOTOLAR
Azərbycanın aparıcı kütləvi informasiya vasitələrinin (KİV) bir qrup nümayəndəsi bu gün Avropa İnsan Hüquqları Məhkəməsinin fəaliyyəti ilə yaxından tanış olublar.
Publika.az-ın Fransaya ezam olunan əməkdaşı xəbər verir ki, səfər Avropa İttifaqı və Avropa Şurasının maliyyə dəstəyi ilə həyt keçirilən “Azərbaycan jurnalistləri arasında ifadə azadlığı” proqramı çərçivəsində reallaşıb.
Azərbaycandan olan KİV nümayəndələri bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının binasına gələrək, qurumun iclas zalı və digər mərkəzləri ilə tanış olublar.
Jurnalistlərə binanın tarixi, quruluşu, iş prinsipləri və digər məsələlər barədə məlumat verilib.
Ancaq Azərbaycandan olan jurnalistlər AŞPA-nın Nazirlər Kabinetinin iclas zalına buraxılmayıb. Səbəb isə həmin vaxtı qapalı iclas getməsi ilə bağlı olub.
Qeyd edək ki, bu gün Strasburqda Türkiyə ilə Avropa Parlamenti arasında vizanın ləğvi ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir. Bununla əlaqədar olaraq hazırda Türkiyənin Avropa İttifaqı üzrə naziri Volkan Bozkırın Strasburqda səfərdə olduğu deyilir.
Vasif Həsənli - Strasburq
Fotolar müəllifə məxsusdur
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir