• USD 1,7001 +0,01% EUR 1,9983 -0,15%
    • GBP 2,2653 -0,11% RUB 0,0287 -0,35%

Formula 1 həyəcanı Qafqaz Universitetində

Formula 1 həyəcanı Qafqaz Universitetində

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Qafqaz Universitetində Azərbaycanda keçiriləcək "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) adı altında "Formula-1" yarışlarının təqdimat mərasimi olub.

Publika.az xəbər verir ki, Qafqaz Universitetinin Xarici Əlaqələr üzrə Prorektoru Sevil İmanova qonaqları salamlayaraq Azərbaycanın son illər bir sıra mötəbər yarışlara və müsabiqələrə uğurla ev sahibliyi etməsini ölkəmizin tanınması və beynəlxalq arenada müsbət imicinin möhkəmlənməsi yolunda atılan addım kimi dəyərləndirib.

Bilik Fondunun Beynəlxalq Layihələr sektorunun müdiri Riyad Məmmədzadə deyib ki, Tədbirlər Planı çərçivəsində müxtəlif universitetlər və Heydər Əliyev Mərkəzlərində yarışların təbliğinə aid maarifləndirici təqdimatlar keçiriləcək.

Formula 1 yarışlarının Bakı Fan Klubunun rəhbəri Rəhim Əliyev “Azərbaycanda Bakı Avropa Qran Prisi” (Formula 1, Grand Prix of Europe) adı altında keçiriləcək “Formula 1” yarışları haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, 20 ölkənin ev sahibliyi etdiyi Formula 1 yarışları içərisində sayca 10-cu Qran Pri olan Bakı Avropa Qran Prisi öz unikallığı ilə seçiləcək. Yarış boyu avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, paytaxtımızın qədim incisi olan İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək. Formula 1 yarışlarının 500 milyondan çox televiziya tamaşaçısı olduğunu və yarış müddətində Formula 1 fanatlarının diqqətinin Bakıya yönələcəyini bildirən R.Əliyev Azərbaycan paytaxtının dünyanın diqqət mərkəzində olacağını vurğulayıb.

Azərbaycanda keçiriləcək "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) adı altında Formula 1 yarışları yaxınlaşır. Artıq yarışlarla bağlı hazırlıq işləri plana uyğun şəkildə həyata keçirilir.

Tədbirdə tələbələri Formula 1 yarışları haqda düşündürən suallar da cavablandırılıb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>