Qırmızı.az
8 yaşlı uşağı oğurlayan “İŞİD-çi” danışdı - VİDEO
"İŞİD-lə bağlı saytlara baxıb bu hərəkəti
etmişəm".
Bu sözləri özünü İŞİD-çi kimi təqdim edən və 8 yaşlı uşağı
oğurlayan Elnur Məmmədov deyib.
"Atasına birinci növbədə 10 min, daha sonra 20 min verəcəyini
bildirdim. Saat 9-da yenidən ona zəng elədim və Ramanada sahə 2
deyilən ərazidə qara qapı var, demişdim ki, pulu qoysun ora. Pulu
götürəndə polis əməkdaşları məni yaxaladılar", - deyə
təqsirləndirilən şəxs bildirib.
E.Məmmədov 8 yaşlı Hüseyn Ramazanlını mayın 9-da qaçırıb. Bu
haqda polis əməkdaşlarına uşağın atası Elnur Ramazanlı məlumat
verib. Ata bildirib ki, mobil telefonuna dəfələrlə zəng edilərək
oğlu Hüseyni girov götürülməsi barədə məlumat verilib. Elnur
Məmmədov uşağın azad edilməsi müqabilində 30 000 manat pul istəyib,
polisə bu barədə məlumat veriləcəyi təqdirdə Hüseynin
valideynlərini uşağın orqanlarını çıxarıb satacağı ilə şantaj
edib.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının
həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində
hadisəni törədən Abşeron rayon sakini tutulub.
Hüseynin qonşusu 12 yaşlı Ülvi ANS TV-yə bildirib ki, əvvəlcə
onu oğurlamaq istəyiblər. Lakin Ülvi "atam məni bura gələndə gördü"
deyərək qaça bilib. "Daha sonra mənim başqa bir sinif yoldaşımı
oğurlamaq istədilər, lakin alınmadı. İki gün bundan əvvəl həyətdə
velosiped sürərkən gəlib Hüseyni qaçırdılar".
Şəhərcikdə tikintisi başa çatmamış ikimərtəbəli tikilidə əlləri,
ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn
tapılaraq valideynlərinə təhvil verilib. Hüseynin anası Ramilə
Ramazanlının sözlərinə görə, oğlu bu hadisədən bərk qorxub. Ailə
başçısı oğlu Hüseynlə ekspertizada olduğundan onlarla görüşmək
mümkün olmayıb.
8 yaşlı uşağı qaçırıb bu yarıtikilidə girov saxlayan Elnur
Məmmədovun bu ayın axırında toyu olmalı idi. 12 yaşlı Ülvinin
sözlərinə görə, Elnur Hüseynə deyib ki, o, adam oğurluğunu Türkiyə
telekanallarında efirə gedən "Arka Sokaklar" serialından
öyrənib.
Faktla bağlı Cinayət Məcəlləsinin 144.3 (adam oğurluğu) maddəsi
ilə cinayət işi başlanılıb, istintaq gedir.
-
Hadisə18:26
Bakıda bazar yanır - YENİLƏNDİ
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?