• USD 1,7008 0,00% EUR 1,9963 -0,36%
    • GBP 2,1926 -0,12% RUB 0,0287 +0,35%

Xanlar Hacıyev azərbaycanlı jurnalistlərlə görüşdü – FOTOLAR

Xanlar Hacıyev azərbaycanlı jurnalistlərlə görüşdü – FOTOLAR

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi, Konstitusiya Məhkəməsinin sabiq sədri Xanlar Hacıyev Strasburqda səfərdə olan Azərbaycanın bir qrup aparıcı kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri ilə görüşüb.

Publika.az-ın Fransaya ezam olunan əməkdaşı xəbər verir ki, görüş Avropa İttifaqı və Avropa Şurasının maliyyə dəstəyi, həmçinin Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə həyata keçirilən “Azərbaycan jurnalistləri arasında ifadə azadlığı” proqramı çərçivəsində baş tutub.

Görüşdə Azərbaycanla Avropa İnsan Haqqları Məhkəməsi arasındakı münasibət, Azərbaycanla bağlı şikayətlər və məhkəmə işləri barədə söhbət aparılıb.

Qeyd olunub ki, son vaxtlar Azərbaycanla bağlı Avropa Məhkəməsində edilən şikayətlərin sayı artıb.

Bildirilib ki, Azərbaycanla bağlı 1500 şikayətin 500-ü Qarabağla bağlıdır.

Qeyd edək ki, görüşdə Avropa Şurasının nümayəndələri də iştirak edib.

Vasif Həsənli – Strasburq

Fotolar müəllifə məxsusdur​

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>