Azərbaycanlı jurnalistlər Strasburqda separatçılarla üz-üzə - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı jurnalistlər Strasburqda separatçılarla üz-üzə - FOTOLAR

Türkiyədə separatçılığı dəstəkləyən “Kürdüstan İslam Partiyası” Strasburqda Avropa Şurası binası qarşısında “muxtariyyət” verilməsi şüarı ilə aksiya keçirir.

Publika.az-ın hazırda Strasburqda olan əməkdaşı xəbər verir ki, aksiyada “Kürdüstan İslam Partiyası”nın 5-ə yaxın tərəfdarı iştirak edir. Onlar Avropa Şurası inzibati binasının 50 metrliyində yerləşən əsas yolun kənarında PKK terror təşkilatının lideri Abdullah Öcalanın plakatını və kürd bayraqlarını asıblar. Həmçinin, 1999-cu ildə həbs olunaraq ömürlük İmralı həbsxanasına salınan terrorçu Abdullah Öcalanın azadlığa buraxılması barədə və “kürd dövlətinə muxtariyyət” şüarları nümayiş olunur.

Kürd separatçıların bu hərəkəti Strasburqda səfərdə olan Azərbaycandan olan bir qrup jurnalistin etirazına səbəb olub. Bununla əlaqədar olaraq “Yeni Müsavat” qəzeti, “Turan” agentliyi və “Publika.az” xəbər portalının əməkdaşları kürdlərin nümayiş təşkil etdiyi əraziyə yaxınlaşaraq, onların bu hərəkətinə qəti etirazlarını bildiriblər.

Azərbaycanlı jurnalistlər Abdullah Öcalanın rəhbərlik etdiyi PKK terror təşkilatının sağlam millətçilik əvəzinə Türkiyədə separatçılıq və dağıdıcılıq fəaliyyəti ilə məşğul olduğunu, bunun nəticəsində isə hər gün Türkiyədə onlarla dinc insanın həlak olduğunu kürdlərin diqqətinə çatdırıblar.

Vasif Həsənli – Strasburq,

Fotolar müəllifə məxsusdur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm