Qırmızı.az
Nazir müəllimindən hamilə qalan məktəbli ilə bağlı göstəriş verdi
Şamaxı rayon Pirbəhli kənd orta məktəbində qeydə alınan
şok olayla – şagirdin hamilə qalması ilə bağlı Təhsil Nazirliyi
hərəkətə keçib.
Bu haqda Şamaxı rayon Təhsil Şöbəsinin adının çəkilməsini
istəməyən vəzifəli şəxsi bildirib.O, araşdırma aparıldığını qeyd
edib:
“Hazırda hüquq-mühafizə orqanlarında işə baxılır. Prokurorluğun
müvafiq qərarından sonra nəticələr barədə geniş açıqlama
veriləcək”.
Qurum rəsmisi təhsil naziri Mikayıl Cabbarovun məsələni nəzarətə
götürdüyünü vurğulayıb:
“Hazırda Şamaxı rayon Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev
Bakıda nazir Mikayıl Cabbarovun qəbulundadır. Hadisə necə olub,
həkim hansı rəyi verib, bilmirəm...
Hazırda cənab nazirin göstərişinə uyğun olaraq, həmin məktəbə
gedirəm. Məktəb direktoru və müəllimlərin, məktəbin həmkarlar
təşkilatının izahatı alınacaq. Araşdırmalardan sonra nazirin
göstərişinə uyğun qərar qəbul ediləcək”.
Qeyd edək ki, rayonun Pirbəhli kənd məktəbinin 9-cu sinif
şagirdi müəllimi İbrahimov Elnur Həsənağa oğlundan hamilə qalıb,
onun hamiləliyin artıq 7-ci ayında olduğu bildirilir.
Məktəblinin valideynləri dəfələrlə hüquq-mühafizə orqanlarına
müraciət etsələr də, cinayətin açılmasına E.İbrahimovun mane olduğu
bildirilir.
Belə ki, müəllimin səyi nəticəsində Şamaxı rayon məhkəmə tibb
eksperti Məmməd Abdulrahibov 7 aylıq hamilə olan 15 yaşlı şagirdin
bakirə olduğu haqda rəy verib.
Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma gedir. (modern.az)
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü