Azərbaycanda 9 nəfər QİÇS-dən ölüb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda 9 nəfər QİÇS-dən ölüb

1987-ci ildən 2016-cı ilin martın sonunadək İİV-lə yaşayan 4815 nəfər rəsmi qeydiyyata alınıb.

Publika.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində keçirilən tədbirdə bildirilib.

Mərkəzin direktor müavini Esmira Alməmmədova bildirib ki, İİV infeksiyası /QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ciddi problem kimi qalmaqdadır. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan infeksion narkotik istifadəçiləri arasında yayılıb.

Onlarda 3523-si (73,2%) kişi, 1292-u (26,8%) qadındır. QİÇS mərhələsində olanların sayı 1725 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı 744 nəfərdir. İİV-lə yaşayan insanların 48,9 faizi İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 41,3 faizi heteroseksual, 1,8 faizi homoseksual təmas nəticəsində, 1,8 faizi anadan uşağa keçməklə, 0,02 faizi (1 nəfər) donor qanının köçürülməsi nəticəsində bu xəstəliyə yoluxub. Xəstələrin 7 faizdə isə yoluxma yolu müəyyən edilməyib.

2016-cı ilin ilk 3 ayı ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 24,8 faizi, 1987-2016-cü illər ərzində isə aşkar olunan halların 49,3%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. 2016-cı ilin 3 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 125 nəfər olub. Onlardan 121-i (96,8%) Azərbaycan vətəndaşı, 4 nəfəri (3,2%) isə əcnəbi vətəndaşlarıdır.

Qeydiyyata alınmış 121 Azərbaycan vətəndaşından 84-ü (69,4%) kişi, 37-si (30,6%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 44 nəfər olub. Bu dövr ərzində İİV-infeksiyasından 9 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub. 2016-cı ilin 3 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yollarına gəlincə, 31 nəfər (25,6%) parenteral kontakt, 71 nəfər (58,7%) heteroseksual kontakt, 2 nəfər (1.7%) homoseksual kontakt nəticəsində, 17 nəfər (14,0%) yoluxma yolu ilə xəstələnib.

Bildirilib ki, Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Tətbiq edilən anti-retrovirus terapiyaya hazırda İİV-lə yaşayan 3093 insan cəlb olunub, onlardan 133 nəfərin müalicəsi 2016-cı ilin ilk 3 ayı ərzində başlanılıb.

2015-ci il iyunun 1-dən etibarən Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində 117435 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 75 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm