Sabah da 30 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah da 30 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, mayın 13-dən 14-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-16, gündüz 22-27, Bakıda gecə 13-15, gündüz 25-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 14-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

Tibbi metereoloji proqnoza görə, mayın 14-16-da Abşeron yarımadasında metereoloji amillərin normal sutkalıq gedişi və komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm