Şamaxıda orta məktəbdəki qalmaqalla bağlı RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Şamaxıda orta məktəbdəki qalmaqalla bağlı RƏSMİ AÇIQLAMA

Şamaxı Rayon Təhsil Şöbəsi Şamaxı rayonunda kənd orta məktəbindəki hadisə ilə bağlı rəsmi açıqlama yayıb.

Təhsil Şöbəsindən Publika.az-a verilən xəbərə görə, adı mətbuatda hallanan, şərti adı A.olan şəxs Pirbəhli kənd 9 illik kənd ümum orta məktəbindən 2015-ci ildə məzun olub. O, Şamaxı rayonunun ümumi təhsil müəssisələrinin heç birində təhsilini davam etdirmir.

Bu hadisədə adı çəkilən Pirbəhli kənd ümumi orta məktəbinin müəllimi Elnur İbrahimov isə 2016-cı il aprelin 1-dən üzrlü səbəb olmadan pedaqoji fəaliyyətinə ara verib. Bu səbəbdən cari ilin may ayının 3-dən məktəbin Pedaqoji Şurasının qərarı ilə Əmək Məcəlləsinin 70- ci maddəsinin “Ç” bəndinə əsasən Elnur İbrahimovla bağlanan əmək müqaviləsinə xitam verilib.

Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm