Bakıda bu yol bağlandı
Bizi izləyin

Qırmızı.az

Bakıda bu yol bağlandı

“Formula-1” Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu il iyunun 17-dən 19-dək keçiriləcək mötəbər yarışa hazırlıq işlərini davam etdirir.

BŞH-dən Publika.az-a a verilən məlumata görə, hazırda Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri görülür. Buna görə də mayın 13-də saat 22:00-dan mayın 14-də səhər saat 06:00-dək Əziz Əliyev küçəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Bakı Şəhər Halqasında aparılan tikinti-quraşdırma işlərinin iyunun əvvəlində tam yekunlaşdırılması nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm