Qırmızı.az
Mövqelərimiz minaatanlardan və pulemyotlardan atəşə tutuldu
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.
Publika.az xəbər verir ki, Ermənistan
Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən
mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun
Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli
kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində
yerləşən yaşayış məntəqələri və mövqelərimiz mayın 13-ü saat
18.20-dən başlayaraq 14-ü saat 01.50-dək 60, 82 və 120 millimetrlik
minaatanlardan intensiv olaraq atəşə məruz qalıb.
Eləcə də Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 124 dəfə cavab zərbələri endirib.
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər
-
Nida Xəbər 17:20
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir
-
Magazin216:40
Tanınmış müğənninin vəziyyəti pisləşdi - Xəstəxanaya aparıldı