Qırmızı.az
ATU-nun tələbələrinə laboratoriya dərsləri istehsalat müəssisələrində keçilir
Azərbaycan Texnologiya Universitetinin (ATU) Qida və tekstil mühəndisliyi fakültəsinin Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisasında təhsil alan tələbələr Müştəriyə Yönəlmə Proqramı çərçivəsində növbəti laboratoriya dərsini “Gəncə Dəyirman” MMC-də keçib.
Qida məhsullarının və istehlak mallarının texnologyası kafedrasının dosenti Eldəniz Bayramov və laboratoriya müdiri Hekayət Həsənovanın müşayiəti ilə universitetin 14 nəfər tələbəsi üçün qida məhsullarının texnologiyası fənni üzrə “Unda kleykovinanın miqdar və keyfiyyətinin beynəlxalq standart üzrə təyini” mövzusunda laboratoriya dərsi “Gəncə Dəyirman” MMC-nin laboratoriyasında təşkil olunub. Dərs istehsalat müəssisəsinin laboratoriya müdiri və laborant-texnoloqları tərəfindən aparılıb. Diskussiya şəraitində keçirilən dərs zamanı müəssisənin mütəxəssisləri tərəfindən tələbələrə unun standartı, dəyirmana gətirilən buğdanın və ondan üyüdülən unun keyfiyyəti, eləcə də təcrübədə rast gəlinən problemlər haqqında məlumat verilib, müasir cihazların köməyi ilə unda kleykovinanın miqdar və keyfiyyətinin ölüçülməsi əyani olaraq nümayiş etdirilib. Daha sonra müəssisənin istehsal sahələri ilə tanış olan tələbələrə unun istehsal prosesi izah olunub.
“Gəncə Dəyirman” MMC-də aparılan laboratoriya dərsi tələbələrin böyük marağına səbəb olub. Dərsdən mənun qalan gələcəyin mühəndisləri tədrisin keyfiyyətinin artırılması istiqamətində atılan bu cür addımlara görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildirib.
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu