Qırmızı.az
Qalib jurnalist 800 manat alacaq - Müsabiqə
“Təhsil və Cəmiyyət” mövzusu üzrə jurnalist müsabiqəsi keçirilir.
Publika.az xəbər verir ki, “İnternyus-Azərbaycan” təşkilatının təşkil etdiyi müsabiqə Qara Dəniz Regional Əməkdaşlıq Təşkilatının (The Black Sea Trust Fund for Regional Cooperation) dəstəyi ilə reallaşdırılır.
Müsabiqəyə təhsil sahəsinin müxtəlif məsələlərinə aid jurnalist araşdırmaları – yazılar, video və radio materialları qəbul olunur.
Bir yazının həcmi 10 min işarədən artıq olmamalıdır. Bir video materialın həcmi 10-13 dəqiqə arasında, radio materialın həcmi isə 15 dəqiqəyədək olmalıdır.
Araşdırma yazıları 2014-cü ilin iyun ayının 12-dək bu e-mailə göndərilməlidir: [email protected].
Video və radio materiallar isə diskdə müsabiqənin koordinatoruna təqdim olunmalıdır.
Münsiflər heyətinin yekun qərarı iyun ayının sonlarında, xüsusi yığıncaqda açıqlanacaq.
1-ci yeri tutan araşdırmanın müəllifinə 800 manat, 2-ci yeri tutan araşdırmanın müəllifinə 600 manat, 3-cü yeri tutan araşdırmanın müəllifinə 400 manat məbləğində pul mükafatı veriləcək (vergilər bu məbləğə daxildir).
Bundan əlavə, fəal iştiraka görə həvəsləndirici mükafatlar nəzərdə tutulub: əsas qaliblər sırasına düşməyən jurnalistlər “İnternyus-Azərbaycan” İctimai Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, digər mötəbər təşkilatlar tərəfindən təşəkkürnamə və sertifikatlarla təltif ediləcəklər.
Müsabiqədə uğur qazanan işlər “Mediaforum.az” saytında və bir neçə digər media orqanlarında təqdim olunacaq.
Qiymətləndirmə meyarları:
1. Təhsildə yeni (yaxud diqqətdən kənarda qalan) ideya və istiqamətlərə aid məsələlərin işıqlandırılması — Balların sayı: 1-10.
2. Real faktlara əsaslanma, rəqəmlərin və digər göstəricilərin mənbəyinin səhihliyi — Balların sayı: 1-10.
3. Materialın maraqlı və aydın üsluba malik olması — Balların sayı: 1-10.
4. Araşdırmada qaldırılan məsələnin (problemin) həllinə dair konstruktiv fikirlərin ortaya çıxarılması — Balların sayı: 1-15.
5. Yazılarda mövzuya uyğun 2-3 fotoşəkilin verilməsi; video materiallarda çəkilişin keyfiyyəti; radio materiallarda səs yazısının keyfiyyəti — Balların sayı: 1-7.
Əlaqə telefonları: Müsabiqənin koordinatoru (050) 200-03-49; (012) 434-71-05 (daxili nömrə11)
E-mail: [email protected]
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO