Sözün aciz qaldığı an - Ürək dağlayan FOTO
Bizi izləyin

Qırmızı.az

Sözün aciz qaldığı an - Ürək dağlayan FOTO

Günün fotosu budur.

Bu şəkil Şəkinin Kiş kəndində çəkilib.

Şəhid anasıdır. Oğluyla güllə sözünü bir cümlədə işlətməzdi, "kiş-kişlər olsun" deyərdi.

O güllə bu ananı balasından ayırıb.

İndi o, oğlunun çəkməsini iyləyir. Oğlunun iyini almaq istəyir.

O, bəlkə də bu cür edən ilk ana deyil. Başqa şəhid anaları da oğullarından qalan əşyanı, paltarı iyləyərlər - son təsəlli kimi.

Bu hərəkəti tibb elmi izah edə bilməz. Heç bir elm izah edə bilməz bunu.

Bu, faciənin şəklidir.

Bu böyük kədərin fotosudur.

Bu, ürəyi parçalanmış bir ananın aksiyasıdır.

Bu, bədbəxtliyin rəsmidir.

Bu, dəhşətdir.

Müharibə başladanlar, araya qan salanlarda bir misqal vicdan varsa bu fotonun önündə lal olmalıdırlar. (musavat.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm